Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
22 Avqust 2022 10:39
80 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Aero Technologies - $50 mln yatırım alan Aero Technologies yeni nəsil hava yolu startapıdır. Startap 16 yerlik 135 reaktiv və 13 yerlik 735 təyyarədən ibarət hava donanmasına malikdir.

AtoB - Nəqliyyat şirkətləri üçün ödəniş infrastrukturu hazırlayan AtoB $75 mln investisiya əldə edib.

Incredible Health - Tibb bacılarını işlə təmin edən Incredible Health startapı $80 mln investisiya əldə edib.

Atom Power - Atom Power elektrikli avtomobillər üçün şarjetmə infrastrukturu hazırlayır. Startap $100 mln yatırım alıb.

VidMob - Video məzmun yaratma platforması $110 mln sərmayə alıb.

Senda Biosciences - $123 mln yatırım əldə edən Senda Biosciences proqramlaşdırıla bilən terapiya platforması hazırlayır.

Orna Therapeutics - Orna Therapeutics müxtəlif xəstəliklərin müalicəsi üçünv RNA (oRNA) terapiyaları təqdim edir. Startap ötən həftə  $221 mln investisiya alıb.

TerraPower - Ötən həftə $750 mln sərmayə alan startap nüvə reaktoru texnologiyası üzərində işləyir.

© copyright 2022 | tech.az | info@tech.az