Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
05 Sentyabr 2022 10:49
57 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. OneSignal - OneSignal biznes müəssisələrinin öz müştəriləri ilə əlaqə saxlaması üçün mesajlaşma platforması təqdim edir. Startap $50 mln investisiya alıb.

2. Ascend Elements - $50 mln sərmayə əldə eeən Ascend Elements yüksək keyfiyyətli batareya materialları istehsal edir.

3. Alloy - Alloy bankçılıq sahəsində baş verən fırıldaqçılıq hallarının qarşısını almaq şəxsiyyətin təsdiqlənməsi platforması hazırlayır. Startap aldığı $55 mln yatırımla dəyərini $1,55 mlrd-a çatdırıb.

4. Bridger Photonics - Bridger Photonics sənayedə sensor tətbiqinə imkan verən LiDAR texnologiyası üzərində işləyir. Startap ötən həftə $55 mln investisiya alıb.


5. Solid - $63 mln yatırım əldə edən Solid müxtəlif maliyyə xidmətləri təklif edən platformadır.

6. JenaValve Technology - Ürək qapağı xəstəliklərinin müalicəsi üçün innovativ tibbi cihazlar hazırlayan startap $100 mln sərmayə alıb.

7. Triller - $200 mln investisiya əldə edən Triller istifadəçilərə bir neçə saniyə ərzində videolar yaratmağa imkan verən süni intellektə əsaslanan video hazırlama proqramıdır.

8. SeatGeek - SeatGeek müxtəlif tədbirlər üçün bilet almağa və satmağa imkan verən mobil platforma təklif edir. Startap ötən həftə $238 mln yatırım alıb.

© copyright 2022 | tech.az | info@tech.az