Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
19 Sentyabr 2022 11:13
91 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Capstan Therapeutics - $102 mln sərmayə alan Capstan Therapeutics hüceyrə terapiyası təklif edir.

Nimbus Therapeutics - Nimbus Therapeutics molekulyar terapiyalar üçün xüsusi texnologiyalar hazırlayır. Startap $125 mln investisiya əldə edib.

RayzeBio - $160 mln sərmayə alan RayzeBio xərçəng xəstəliyinin müalicəsi üçün radiofarmaseptik dərmanlar istehsal edir.

Atlas - Şirkətlərə işçilərə ödənişin olunması üçün, eləcə də insan resurslarının idarə olunması üçün platforma təklif edən startap $200 mln yatırım əldə edib.

Verkada - müəssisələrin kibertəhlükəsizliyi üçün bulud əsaslı həllər təqdim edir. Startap aldığı $205 mln sərmayə ilə dəyərini $3,2 mlrda çatdırıb.

ACELYRIN - $300 mln alan startap bir sıra xəstəliklərin müalicəsi üçün dərman istehsal edir.

Gotham Greens - tərəvəz istehsalı üçün istixana qurğuları hazırlayır. Startap $310 mln yatırım əldə edib.

TeraWatt Infrastructure - Elektrikli yük maşınları üçün şarjetmə infrastrukturu hazırlayan TeraWatt $1 mlrd investisiya alıb.

© copyright 2022 | tech.az | info@tech.az