Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
26 Sentyabr 2022 10:42
86 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Deep Instinct - $62,5 mln investisiya əldə edən startap kibertəhlükəsizlik sahəsi üzrə "dərin öyrənmə" texnologiyasını tətbiq edir.

SpinLaunch - SpinLaunch kinetik enerjidən istifadə etməklə, peyklərin orbitə daha ucuz və səmərəli şəkildə göndərilməsinə yönəlib. Startap $71 mln yatırım alıb.

Swiftly - $100 mln alan Swiftly pərakəndə satışçılara təqdim etdiyi həllərlə mobil proqramlarını və vebsaytlarını təkmilləşdirməyə kömək edir.

Malwarebytes - $100 mln investisiya alan startap müəssisələri ransomeware, spyware, adware, viruslar və digər zərərli proqramlardan qoruyur.

Rivus Pharmaceuticals - Startap kardio-metabolik xəstəliklərin müalicəsi üzrə dərmanlar hazırlayır. Startap ötən həftə $132 mln sərmayə əldə edib.

Opto Investments - $145 mln yatırım alan Opto Investments müstəqil investisiya məsləhətçilərinə özəl investisiya bazarlarına daxil olmaq imkanı verir.

Therabody - $165 mln sərmayə əldə edən startap vibrasiya masaj terapiyası üçün tibbi cihazlar hazırlayır.

Pie Insurance - Pie Insurance kiçik bizneslərdə işçilərin kompensasiya sığortası üzrə məşğul olur. Startap ötən həftə $315 mln investisiya alıb.

 

Mənbə: Crunchbase

© copyright 2022 | tech.az | info@tech.az