Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
03 Oktyabr 2022 10:32
55 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

Unravel Data - Ötən həftə $50 mln sərmayə alan startap müəssisələrə məlumatların toplanması və analizi üçün DataOps müşahidə platforması təklif edir.

Flatfile - Şirkətlərə müştərilərinin məlumatlarının emalı üçün bulud əsaslı platforma təqdim edən startap $50 mln investisiya əldə edib.

Workstream - $60 mln investisiya alan Workstream şirkətlərə işçiləri saatlıq işə götürməyə imkan verən avtomatlaşdırılmış işə götürmə platformasıdır.

Ventus Therapeutics - Xərçəng, otoimmun və iltihabi xəstəliklərin müalicəsi üçün dərmanlar hazırlayan startap $70 mln sərmayə alıb.

Strike - Ticarət müəssisələrinə qlobal miqyasda müştərilərdən ödənişləri qəbul etmək üçün API (tətbiqi proqramlaşdırma interfeysi) təklif edir. Startap $80 mln yatırım əldə edib.

Moxion Power - Ötən həftə $100 mln sərmayə alan Moxion Power sıfır emissiyalı generatorlar hazırlayır.


GrubMarket - Münasib qiymətə orqanik qidaların satılması və çatdırımasını təmin edən startap $120 mln yatırım əldə edib.

Wasabi Technologies - $125 mln investisiya alan startap şirkətlərə məlumatların saxlanması üçün bulud texnologiyaları təqdim edir.

© copyright 2022 | tech.az | info@tech.az