1. August Bioservices
Müxtəlif xəstəliklərin müalicəsi üçün dərmanlar istehsal edən startap ötən həftə $65 mln yatırım əldə edib.
2. KreditBee
KreditBee gənc mütəxəssislərə maliyyə məsələlərində dəstək vermək üçün hazırlanmış rəqəmsal kredit platformasıdır. Startap $80 mln investisiya alıb.
3. Viva Capital Funding
Ötən həftə $85 mln yatırım alan startap daşınmaz əmlak və səhiyyə sahəsinin maliyyələşdirilməsi, həmçinin uzunmüddətli biznes krediti və kommersiya kredit xidmətləri göstərir.
4. Frore Systems
Biznes müəssisələri və müxtəlif şirkətlər üçün termal cihazlar istehsal edən startap $100 mln investisiya alıb.
5. Swell Energy
Ötən həftə $120 mln yatırım əldə edən startap biznes müəssisələri və ev sahibləri üçün təmiz enerji texnologiyaları hazırlayır.
6. UpStream Care
UpStream Care yaşı 65-dən yuxarı xəstələr tibbi xidmət göstərmək üçün əczaçıları və həkimləri birləşdirən platforma təklif edir. Startap $140 mln investisiya əldə edib.
7. Upstream Health
Ötən həftə $140 mln yatırım alan Upstream Health mobil platforması vasitəsilə səhiyyə və sosial qayğı qrupları üçün innovativ texnologiya və xidmətlər təqdim edir.
8. Anduril
Hərbi qurumlar və sərhəd nəzarəti üçün hərbi texnologiyalar istehsal edən startap $1,5 mlrd investisiya alıb.