1. Perceive Biotherapeutics - Oftalmologiya sahəsində yeni tibbi cihazlar və terapiya üsulları təklif edən startap $78 mln yatırım əldə edib.
2. Ensoma - Ötən həftə $85 mln investisiya alan Ensoma xərçəng xəstəliyinə qarşı müalicə üsulu olan immunoterapiya üçün tibbi preparatlar hazırlayır.
3. Metagenomi - Bəzi tibbi müalicələrdə istifadə olunan genom redaktə texnologiyalarını hazırlayan startap $100 mln yatırım əldə edib.
4. Synthekine - Onkoloji və digər xəstliklərin müalicəsi üçün sitokin terapiyaları təklif edən Synthekine $100 mln investisiya alıb.
5. Asimov - Yeni nəsil terapiyaların hazırlanması üçün Süni İntellektdən istifadə edən biotexnologiya startapı $175 mln yatırım əldə edib.
6. Silicon Ranch Corp. - $375 mln investisiya alan startap günəş enerjisi ilə işləyən müxtəlif qurğular istehsal edir.
7. Netskope - Müxtəlif şirkətlərə məlumatların kiber təhlükəsizliyinin qorunması üçün platforma təklif edən startap ötən həftə $401 mln investisiya əldə edib.
8. SpaceX - İlon Maskın rəhbərlik etdiyi kosmik gəmi və raker istehsalçısı SpaceX ötən həftə $750 mln yatırım alıb.