1. Tigo Energy - $50 mln yatırım alan Tigo Energy günəş enerjisi sənayesi üçün ağıllı modul texnologiyası üzərində çalışır.
2. Capella Space - $60 mln investisiya alan startapın buraxdığı peyklər radar texnologiyası ilə, demək olar, dünyanın hər yerinin yüksək keyfiyyətli şəkillərini çəkə bilir.
3. NextPoint Therapeutics - NextPoint Therapeutics xərçəng xəstəliyinə qarşı müalicə üsulu olan immunoterapiya üçün tibbi preparatlar hazırlayır. Startap ötən həftə $80 mln yatırım əldə edib.
4. Carbon Health - $100 mln investisiya alan startap istifadəçilərə mobil tətbiqi vasitəsilə ilkin qayğı xidmətləri göstərməklə, onlara müalicə planını izləməyə imkan verir.
5. Chronosphere - Müəssisələrə məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün müşahidə platforması təklif edən startap $115 mln yatırım alıb.
6. VettaFi - VettaFi sahibkarlara maliyyə sahəsinin müxtəlif istiqamətləri üzrə məsləhət xidməti təklif edir. Startap ötən həftə $175 mln investisiya alıb.
7. ShiftKey - $300 mln yatırım əldə edən ShiftKey tibbi mütəxəssisləri tibb müəssisələri ilə əlaqələndirir.
8. Monogram Health - Böyrək xəstəliklərinə həll təqdim edən Monogram Health ötən həftə $375 mln investisiya alıb.