1. Sublime Systems - Ötən həftə $40 mln investisiya əldə edən startap aşağı karbonlu məhsullar istehsal edir.
2. ADARx Pharmaceuticals - Gen terapiyasında istifadə olunan tibbi preparatlar üzərində işləyən startap $46 mln yatırım alıb.
3. Cloudian - Ötən həftə $60 mln investisiya alan Cloudian müxtəlif müəssisələrdə məlumatların saxlanması və qorunması üçün bulud əsaslı proqram təminatı hazırlayır.
4. Outrider - Outrider logistika şirkətləri üçün idarəetmə proqramı, avtonom nəqliyyat vasitələri və sayt infrastrukturu sistemləri təklif edir. Startap $73 mln yatırım əldə edib.
5. Vannevar Labs - $75 mln investisiya alan startap dövlət təhlükəsizliyi üçün müdafiə və milli təhlükəsizlik texnologiyaları üzərində işləyir.
6. SetPoint Medical - Xroniki, iltihabla əlaqəli otoimmun xəstəliklərinin müalicəsi üçün terapiyalar təqdim edən startap $80 mln yatırım əldə edib.
7. Impel - $104 mln investisiya alan startap avtomobil sənayesi üçün süni intellektlə işləyən müştəri cəlbetmə platforması təklif edir.
8. Pathalys Pharma - Böyrək xəstəliklərinin müalicəsi üçün terapiyalar hazırlayan Pathalys Pharma $150 mln yatırım əldə edib.