Ötən həftə ən çox investisiya alan startaplar

Səbinə Eyvazova
01 May 2023 10:39
332 baxış
Ötən həftə ən çox investisiya alan startaplar

1. Evommune - iltihablı xəstəliklərin müalicəsi üçün yeni yollar kəşf edən biotexnologiya startapı $50 mln yatırım alıb.

2. Antiva Biosciences - $53 mln investisiya alan Antiva Biosciences insan papillomavirus infeksiyasının səbəb olduğu xərçəngdən əvvəlki lezyonların müalicəsi üçün innovativ müalicə yolları hazırlayır.

3. Foresight Diagnostics - xərçəng xəstəliyini aşkarlama testləri hazırlayan startap $59 mln investisiya əldə edib.

4. Super.com - $85 mln yatırım alan Super.com istifadəçilərə daha az xərcləmək, daha çox pul yığmaq və kredit yaratmaq imkanlarını təqdim edən startapdır.

5. Replit - proqram təminatının inkişaf etdirilməsi platforması olan Replit $97 mln investisiya alıb.

6. Ursa Major- $100 mln investisiya əldə edən Ursa Major daha çox gücə malik yeni nəsil raket mühərrikləri hazırlayır.

7. Ohmium International- Hidrogen istehsalında lazım olan proton mübadiləsi membran elektroliz sistemlərini dizayn və istehsal edən Ohmium $250 mln yatırım alıb.

8. Orbital Therapeutics- Yeni nəsil peyvəndlər, immunomodulyasiya və müxtəlif xəstəliklərdə zülalların dəyişdirilməsi daxil olmaqla RNT əsaslı dərmanlar istehsal edən startap $270 mln investisiya əldə edib.

© copyright 2022 | tech.az | info@tech.az