Ötən həftə "İdeyadan Biznesə" layihəsi çərçivəsində "InnoCamp" keçirilib

Səbinə Eyvazova
30 Avqust 2022 18:11
128 baxış
Ötən həftə "İdeyadan Biznesə" layihəsi çərçivəsində "InnoCamp" keçirilib

Ötən həftə Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı və SUP VC şirkətinin tərəfdaşlığı ilə keçirilən "İdeyadan Biznesə" layihəsi çərçivəsində "InnoCamp" keçirilib. 

Şamaxı şəhərində keçirilən "InnoCamp"də iştirakçılar üçün innovasiya və startap təfəkkürü, startap komandalarının formalaşdırılması, startapların təqdim edilməsi və digər mövzularda müxtəlif təlimlər, seminarlar və təqdimatlar keçirilib.

Həmçinin kampda təşkil edilən panel müzakirədə dövlət və özəl qurumların startaplara yaratdığı imkanlardan və göstərilən dəstəkdən danışılıb.

© copyright 2022 | tech.az | info@tech.az