“PAŞA Bank”ın tərəfdaşlığı və “Techaz Media”nın təşkilatçılığı ilə “DevOpsTalks by PASHA Bank” tədbiri keçirilib

Bənövşə Kazımova
30 Sentyabr 2022 17:50
37 baxış
“PAŞA Bank”ın tərəfdaşlığı və “Techaz Media”nın təşkilatçılığı ilə “DevOpsTalks by PASHA Bank” tədbiri keçirilib

28 sentyabr tarixində “PAŞA Bank”ın tərəfdaşlığı və Techaz Medianın təşkilatçılığı ilə “DevOpsTalks by PASHA Bank” tədbiri keçirilib.

DevOps mütəxəssisləri, proqramistlər, sistem mühəndisləri və İT menecerlərin iştirakı ilə keçirilən tədbirdə spikerlər -Tərlan Hüseynov və İlkin Quluzadə müvafiq olaraq “Kodlaşdırılmış İnfrastruktur” və “Chaos Engineering in Front-end” mövzularında təqdimat ediblər.

Onlar həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, İT infrastrukturunun ən aktual məsələlərinə toxunub, bu mövzular ətrafında öz real təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Spikerlər həmçinin tədbirin sonunda iştirakçıları maraqlandıran sualları da cavablandırıblar.

© copyright 2022 | tech.az | info@tech.az