Paymes ölkəmizdə pul köçürməsini həyata keçirən ilk türk Fintech şirkəti oldu

Səbinə Eyvazova
26 Avqust 2022 15:13
198 baxış
Paymes ölkəmizdə pul köçürməsini həyata keçirən ilk türk Fintech şirkəti oldu

2019-cu ildən Azərbaycanda fəaliyyət göstərən Paymes bu günə qədər xidmət etdiyi Sosial Ticarət, Kolleksiya və Virtual POS məhsullarına 24/7 beynəlxalq pul köçürmələrini əlavə edir. PayTabs şirkətlərinə qoşulan Paymes qısa müddətdə fəaliyyət göstərdiyi Türkiyə və Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Misirdə də fəaliyyətə başlayıb. Digər tərəfdən, PayTabs-ın Şərqi Avropa və MDB əməliyyatlarına cavabdeh olan şirkət Azərbaycanda rəqəmsal vasitələri genişləndirmək üçün işlərini davam etdirir. Bu yaxınlarda Azərbaycanda istifadəçilərin heç bir ödəniş metodundan istifadə etmədən sosial ticarət səhifələri yarada biləcəyi yeni məhsul təqdim edib.

Türkiyədən Azərbaycan üçün bir çox Fintech-in fəaliyyət göstərmək istədiyini və bu mövzuda bir çox Maliyyə Texnologiyası şirkətinə infrastruktur təmin etdiklərini bildirən Paymes-in həmtəsisçisi Həsən Cabbarov Azərbaycanla Türkiyə arasında ciddi ticarətin olduğunu, Türkiyədə yaşayan azərbaycanlıların, türk şirkətlərinin Azərbaycan bazarına sərmayə qoymasını dəstəklədiyini bildirib. O həmçinin qeyd edib ki, onları  bir araya gətirməyə və MDB regionunda lazımi biliklərlə onlara dəstək olmağa hazırdırlar.

Pul köçürmə məhsulu ilə Azərbaycanın inkişaf etməkdə olan iqtisadiyyatına töhfə verəcəklərini və Türkiyə ilə Azərbaycan arasında həm ticari, həm də mədəni əməkdaşlığı artıracaqlarını bildirən Cabbarov bununla yanaşı, istifadəçilərin maliyyə istəklərini müşahidə etdiklərini də əlavə edib. 

Paymes İdarə Heyətinin müşaviri vəzifəsində yenicə işə başlayan Kutay Yalınkılınc da mövzu ilə bağlı “Uzun müddətdir Azərbaycanda Fintech sahəsində fəaliyyət göstərən ilk türk şirkəti olaraq bir çox uğurlara imza atdıq və indi də Azərbaycanın maliyyə ekosisteminə pul köçürmələri xidmətini gətirəcəyik. Paymes-in məqsədi həm Azərbaycandakı şirkətlərə, həm də Azərbaycan bazarına pul köçürmə xidmətləri göstərmək istəyən Türkiyə və qlobal maliyyə şirkətlərinə xidmət göstərmək və bu sahədə uğurlu iş ortaqlıqlarına imza atmaqdır. Paytabs-ın qlobal gücü ilə Paymes MDB və MENA bazarlarına, eləcə də Azərbaycana innovativ məhsullar təklif etməyə və Fintech şirkətlərinin bu bazarlara çıxışına vasitəçilik edəcək yeni layihələr hazırlamağa davam edəcək”. - deyə fikirlərini bölüşüb.

© copyright 2022 | tech.az | info@tech.az