Planetarium Labs startapı 32 milyon dollar investisiya əldə edib

Bənövşə Kazımova
07 İyul 2022 13:30
48 baxış
Planetarium Labs startapı 32 milyon dollar investisiya əldə edib

Cənubi Koreyada fəaliyyət göstərən web3 oyun startapı Planetarium Labs Animoca Brands-ın rəhbərlik etdiyi investisiya turunda 32 milyon dollar investisiya alıb. Turda Krust Universe, Wemade və Samsung Next şirkətləri də iştirak edib. Startap yeni sərmayəsini yeni bir web3 oyunu üçün istifadə edəcəyini açıqlayıb.

Planetarium Labs açıq mənbəli, mərkəzləşdirilməmiş blokçeyn oyunları sahəsində fəaliyyət göstərir və Libplanet blokçeyn texnologiyasına əsaslanan oyun ekosistemi qurur. Bu, oyunçulara oyun şəbəkəsinə qoşulmaq  üçün nəzərdə tutulub.

Nəzərinizə çatdıraq ki, Planetarium Labs startapı texnologiya və icmalar arasında güclü sinerji yaratmağa yönəlmiş blokçeyn inkişafı komandasına malikdir. Startap eyni zamanda oyunçu idarəçiliyi ilə multiplayer onlayn oyunları gücləndirməyə çalışır.

Bundan əlavə, startap mərkəzləşdirilməmiş oyunlar üçün Libplanet ekosistemini davamlı olaraq təkmilləşdirməyə diqqət yetirir, davamlı inkişafı təşviq etmək üçün ekosistemin maliyyələşdirilməsi və icmaya dəstək proqramları kimi müxtəlif təşəbbüslərə start verməyi planlaşdırır. Planetarium Labs həmçinin bir çox icmayönümlü oyunlara başlamaq üçün  böyük oyun studiyaları ilə də əməkdaşlıq edir.

© copyright 2022 | tech.az | info@tech.az