PlayStation oyunlarını smartfonlarda oynamaq mümkün olacaq

Bənövşə Kazımova
29 Avqust 2022 15:49
161 baxış
PlayStation oyunlarını smartfonlarda oynamaq mümkün olacaq

Sony mobil oyun tərtibatçısı Savage Game Studios-u almaq üçün razılığa gəldiyini açıqlayıb. Şirkət həmçinin açıqlamasında studiyanın mobil platforma üçün AAA oyunu üzərində işlədiyini də qeyd edib.

AAA sinfində olan, yəni yüksək büdcəli bu oyunun adı hələ açıqlanmayıb. Bununla belə, PlayStation Studios-un rəhbəri Hermen Hulst oyunun tezliklə təqdim ediləcəyini bildirib.

Savage Game Studio satın alındıqdan sonra müstəqil şəkildə fəaliyyət göstərəcək, amma PlayStation Studios Mobile Division çətiri altında məhsullar hazırlayacaq. Sony bu studiyanı almaqla, mobil cihazlara yeni və mövcud PlayStation təcrübələrini əlavə etməyi hədəfləyir. Bunu da əlavə edək ki, xüsusi olaraq mobil oyunlar üçün xidmət edən və PlayStation oyunlarının mobil platformaya ötürülməsini təmin edən PlayStation Studios Mobile Division bölməsi keçən il yaradılıb.

© copyright 2022 | tech.az | info@tech.az