PlayStation Plus-un İyulda təqdim edəcəyi oyunlar sızdırılıb

Bənövşə Kazımova
27 İyun 2022 13:30
45 baxış
PlayStation Plus-un İyulda təqdim edəcəyi oyunlar sızdırılıb

Sony-nin abunə xidməti olan PS Plus-ın iyul ayında təqdim edəcəyi oyunlar ictiamiyyətə sızdırılıb. 

Bir müddət əvvəl yenilənən və və müəyyən qiymətlərlə istifadəçilərə təqdim edilən PS Plus xidmətinin gələn ay oyunçulara pulsuz təqdim edəcəyi oyunlar sızdırılıb. Billbil-kun adlı istifadəçi tərəfindən Dealabs-da paylaşılan məlumata görə gələn ay istifadəçilərə pulsuz  təqdim olunacaq oyunlar bunlardır:

Crash Bandicoot 4: It’s About Time

The Dark Pictures: Man of Medan

Arcadegeddon

Oyunlardan ikisi həm PS 4, həm də PS 5 üçün əlçatan olacaq. The Dark Pictures: Man of Medan oyununu isə yalnız PlayStation 4 sahibləri oynaya biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az