Psixoloji xəstəliklərə diqqət yetirən sağlamlıq startapı Grow Therapy 75 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
03 Oktyabr 2022 16:07
37 baxış
Psixoloji xəstəliklərə diqqət yetirən sağlamlıq startapı Grow Therapy 75 milyon dollar investisiya alıb

Psixoloji xəstəliklərə diqqət yetirən sağlamlıq startapı Grow Therapy 75 milyon dollar investisiya alıb. 75 milyon dollarlıq investisiya raunduna Tur, TCV və Transformation Capital rəhbərlik edib. Digər investorlar arasında SignalFire və SVB də var.

ABŞ-da yerləşən startap yeni investisiyadan tibbi sığorta əhatəsini və komandasını genişləndirmək üçün istifadə edəcək.

2020-ci ildə 3 sahibkar - Manoj Kanagaraj, Ceyk Kuper və Alan Ni tərəfindən qurulan startap terapevtləri və müştəriləri bir araya gətirir. Grow xəstələrə münasib qiymətə üz-üzə və ya onlayn müalicə təklif edir. Beləliklə, daha çox insana terapevtlərə müraciət etmək imkanı verir. Hazırda ABŞ-ın 13 ştatında fəaliyyət göstərən startap yaxın gələcəkdə bu rəqəmi 50-yə çatdırmağı hədəfləyir.

 

© copyright 2022 | tech.az | info@tech.az