PUBG daha bir ölkədə qadağan edilib

Bənövşə Kazımova
21 Sentyabr 2022 12:58
97 baxış
PUBG daha bir ölkədə qadağan edilib

PUBG Mobile  indiyədək bəzi ölkələrdə qadağan edilib. Bu ölkələr sırsına daha biri əlavə edilib. İlk dəfə 2017-ci ildə çıxan və tezliklə milyonlarla oyunçuya çatan PUBG oyunu indi də Əfqanıstanda qadağan edilib.

Ötən il Əfqanıstanda hakimiyyəti ələ keçirən və son bir ildə ölkədə 23 milyon internet saytını əxlaqsız məzmun səbəbiylə qadağan edən Taliban indi də zorakılığa təhrik etdiyi səbəbiylə PUBG-ni qadağan edib. Bildirilib ki, ölkədə hakimiyyət nümayəndələri arasında keçirilən görüşdən sonra müəyyən edilən yeni qadağa yaxın 3 ay ərzində qüvvəyə minəcək.

Əfqan telekommunikasiya şirkətləri və internet xidmətlərinə qadağanı tətbiq etmək üçün 90 gün vaxt veriləcək. Bundan əlavə onu da vurğulayaq ki, 2021-ci ilin əvvəlində açıqlanan məlumatlara görə, PUBG Əfqanıstanda eyni vaxtda 100.000 oyunçu sayı ilə ölkənin mobil internet trafikinin böyük bir hissəsini təşkil edirdi.

© copyright 2022 | tech.az | info@tech.az