"Apple" şirkəti ABŞ-da artan lisenziya xərclərini əsas gətirərək ilk dəfə olaraq “Apple Music və Apple TV+” xidmətlərinin qiymətlərini qaldırıb.
Bundan əlavə, şirkət “Apple One” paketini 2 dollar artıraraq 16,95 dollara çatdırıb. Həmçinin Apple Music-in aylıq qiyməti 9,99 dollardan 10,99 dollara qaldırılıb. Bu da Spotify Technology və Amazon xidmətlərinin aylıq qiymətindən daha çoxdur.
“Apple TV+”nın qiymətini 4,99 dollardan 6,99 dollara yüksəldən şirkət rəqibləri Netflix və Warner Bros-dan daha aşağı qiymətə xidmətlər təklif etməyə davam edəcək.
Qeyd edək ki, Apple şirkətin satışlarının təxminən dörddə birini təşkil edən xidmətlərdən daha çox gəlir əldə etməyi hədəflədiyini bildirib.