"Apple" Rusiya şirkətinin bəzi proqramlarını App Store-dan silib

Bənövşə Kazımova
29 Sentyabr 2022 10:27
114 baxış
"Apple" Rusiya şirkətinin bəzi proqramlarını App Store-dan silib

Rusiyanın Ukraynaya hücumu səbəbindən bir çox texnologiya şirkətləri bəzi xidmətlərini dayandırmaq qərarına gəlib.

Məsələn, bu ilin əvvəlində "Apple" Ukraynanın işğalına cavab olaraq Rusiyada bütün məhsullarının satışını dayandırmış, eyni zamanda Apple Pay-i məhdudlaşdırmışdı.

Apple şirkəti indi də Rusiya texnologiya şirkətinə aid proqramları öz proqram mağazası App Store-dan silib. Baş ofisi Sankt-Peterburqda yerləşən VKontakte-yə (VK) aid bəzi proqramların Apple tərəfindən silindiyi bildirilir. Qeyd edək ki, şirkət özü də bu məlumatı təsdiqləyib. Məsələ ilə bağlı VK tərəfindən verilən açıqlamada tətbiqlərin silindiyi təsdiqlənib, həmçinin açıqlanıb şirkətin iOS üçün tətbiqlər hazırlamağa davam edəcəyi də qeyd olunub.

© copyright 2022 | tech.az | info@tech.az