"Aztelekom"un rəhbəri vəzifəsindən azad edilib

Cəmil Hüseynzadə
25 Yanvar 2023 11:14
142 baxış
"Aztelekom"un rəhbəri vəzifəsindən azad edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" MMC-nin Baş direktoru Klaus Müller vəzifəsindən azad edilib.
Bu barədə "Report" xəbər agentliyi məlumat yayımlayıb. 

Hazırda şirkətə rəhbərlik onun müavini Elçin Niyazova həvalə olunub. O, həm də nazirliyə məxsus, ləğv prosesində olan “Bakı Telefon Rabitəsi” MMC-yə (Baktelecom”), eləcə də “Azeronline” birgə müəssisəsinə rəhbərlik edir.

1986-cı il təvəllüdlü E.Niyazov “Yüksəliş” müsabiqəsinin iştirakçısıdır.

Klaus Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor,  Balkanlarda rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib. Hazırda “Avropada Amerika Ticarət Palatası”nın idarə heyətinin üzvüdür.

O, 2016-2020-ci illərdə “Azərfon”un baş icraçı direktoru vəzifəsində çalışıb. “Aztelekom” MMC-yə təyinatından öncə ABŞ-da “McKinsey&Co” şirkətində telekommunikasiya məsələləri üzrə məsləhətçi olub.
Klaus Müller 2021-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilmişdi.

© copyright 2022 | tech.az | info@tech.az