"Cassie" robotu 100 metrlik qaçış məsafəsi üzrə rekord qırıb

Bənövşə Kazımova
30 Sentyabr 2022 11:26
107 baxış
"Cassie" robotu 100 metrlik qaçış məsafəsi üzrə rekord qırıb

Süni intellekt texnologiyasından istifadə edilərək hazırlanmış robotlar bu gün hər sahədə meydana çıxmağa və istifadə olunmağa başlayıb.

Bu robotlardan biri də dünyanın ilk ikiayaqlı robotu "Cassie"dir. Məlumat üçün bildirək ki, Cassie ilk dəfə 2021-ci ildə 5 km-lik qaçış məsafəsini 53 dəqiqədən bir qədər çox müddətə tamamlayaraq uğur qazanmışdı. Bu dəfə isə robot 100 metrlik məsafədə Ginnesin Rekordlar kitabına düşə bilib. Cassie 100 metr məsafəni 24,73 saniyəyə qət edib. 100 metrlik qaçış məsafəsi üzrə idmançı rekordu isə 9,58 göstərici ilə Useyn Bolta məxsusdur.

Nəzərinizə çatdıraq ki, sözügedən robot Oreqon Dövlət Universiteti nəzdində yaradılmış Agility Robotics tərəfindən hazırlanıb. Bunun üçün qurum ABŞ Müdafiə Nazirliyinin DARPA departamentindən 1 milyon dollarlıq qrant əldə edib. 

 

© copyright 2022 | tech.az | info@tech.az