"God of War: Ragnarok" oynunun təqdimat tarixi açıqlanıb

Səbinə Eyvazova
07 İyul 2022 13:30
73 baxış
"God of War: Ragnarok" oynunun təqdimat tarixi açıqlanıb

PlayStation 4 və PlayStation 5-in ən çox gözlənilən oyunlarından olan "God of War: Ragnarok"-un çıxış tarixi bəlli olub. Sony Santa Monica Studio tərəfindən hazırlanan oyunun təqdimat tarixini artıq rəsmi şəkildə açıqlayıblar.

Bildirilir ki, PlayStation-ın ən maraqlı oyunlarından biri olan God of War: Ragnarok 9 Noyabr 2022-ci ildə təqdim olunacaq.

Xatırladaq ki, Sony 2020-ci ildə oyun konsolu PlayStation 5-i təqdim etdikdən sonra yeni bir oyun üzərində işləməyə başlamış və verdiyi açıqlamada PlayStation 5 üçün xüsusi God of War oyununun hazırlandığı bildirmişdi. Bununla belə, təqdimatı çoxdan gözlənilən oyun bəzi problemlərə görə 2022-ci ilə təxirə salınmışdı.

© copyright 2022 | tech.az | info@tech.az