"Moskviç" yenidən avtomobil istehsalına başlayıb

Bənövşə Kazımova
24 Noyabr 2022 15:03
34 baxış
"Moskviç" yenidən avtomobil istehsalına başlayıb

"Moskviç" avtomobil zavodu işini bərpa edib. Bu barədə "RİA Novosti" xəbər agentliyi məlumat verib.

Agentliyin verdiyi məlumatda bildirilib ki, zavodun açılışında sənaye və ticarət naziri Denis Manturov və Moskva meri Sergey Sobyanin iştirak ediblər.

Zavod artıq yeni "Moskviç 3ü şəhər krossoverinin kütləvi istehsalına başlayıb. Bu model uzunluğu 4410 mm, eni 1800 mm və hündürlüyü 1660 mm, təkər bazası 2620 mm və rahat erqonomik oturacaqlara malik geniş salona malik kompakt krossoverdir. Qeyd edək ki, avtomobil satışı yanvarda Moskvada, martda isə bütün Rusiyada başlayacaq.

© copyright 2022 | tech.az | info@tech.az