"myGov'' platformasının istifadəçi sayı 1 milyonu keçib

Bənövşə Kazımova
29 Sentyabr 2022 15:03
102 baxış
"myGov'' platformasının istifadəçi sayı 1 milyonu keçib

"myGov'' platformasının istifadəçi sayı artıq 1 milyonu keçib. Platforma Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.

“myGov” qabaqlayıcı hökumət konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi sistemdir. Proaktiv elektron xidmət göstərən “myGov”da hesab açmaqla vətəndaşlar özləri haqqında dövlət qurumları tərəfindən təqdim olunan məlumatlarla tanış olmaq, məlumatlarda səhvlik və ya natamamlıqla bağlı müraciət etmək, məlumatlarının kim tərəfindən sorğulandığı haqqında məlumat əldə etmək imkanı qazanırlar. Hazırda inteqrasiya olunan sistemlərlə birlikdə “myGov”da yülərlə xidmətə giriş təmin edilir.

Mobil texnologiyaların inkişafı tendensiyası nəzərə alınmaqla, həmçinin vətəndaşların elektron hökumət xidmətlərinə çıxış imkanlarını daha da genişləndirmək məqsədilə 2021-ci ildə “myGov”un mobil tətbiqi də istifadəyə verilib. Həm “iOS”, həm də “Android” əməliyyat sistemi istifadəçiləri mobil tətbiqi yükləyib istifadə edə bilərlər.

© copyright 2022 | tech.az | info@tech.az