Qutusu açılmamış birinci nəsil iPhone rekord qiymətə satılıb

Bənövşə Kazımova
17 Oktyabr 2022 17:12
108 baxış
Qutusu açılmamış birinci nəsil iPhone rekord qiymətə satılıb

2007-ci ildən bəri qutusu açılmamış birinci nəsil iPhone 39.500 dollara satılıb. Apple-ın ən birinci telefonu iPhone 2500 dollardan satışa çıxıb, lakin markanın ilk modellərindən biri bu qiymətdən qat-qat yüksək qiymətə alıcı tapıb.

Bildirilir ki, ilk nəsil iPhone LCG Hərrac Evində satışa çıxarılıb. Mütəxəssislər iPhone-un 30.000 dollara satılacağını gözlədiyi halda,  iPhone, demək olar ki, 40.000 dollara satılıb. 8GB-lıq iPhone hələ də qutusu açılmayıb. Zamanında 599 dollara satışa çıxarılan cihaz 3,5 düymlük ekran, 2 meqapiksellik kamera və veb brauzerlə təqdim edilib.

Telefon üçün 2500 dollardan başlayan təkliflər edildikdən sonra sonuncu alıcı 39500 dollarlıq təkliflə rekord satışa imza atıb.

© copyright 2022 | tech.az | info@tech.az