Redmi markalı ilk planşetin dizaynı və xüsusiyyətləri sızdırılıb

Bənövşə Kazımova
28 Sentyabr 2022 17:15
40 baxış
Redmi markalı ilk planşetin dizaynı və xüsusiyyətləri sızdırılıb

Xiaomi Redmi alt brendi altında ilk planşetini təqdim etməyə hazırlaşır. Almaniyanın Winfuture saytı tərəfindən planşetin demək olar ki, bütün xüsusiyyətləri və dizaynı sızdırılıb.

7 mm qalınlığında və 445 qram ağırlığında olan cihaz maksimum 400 nit parlaqlıq və 10 bit rəng dərinliyi təklif edən ekrana sahib olacaq. Redmi Pad-in qiyməti hələlik sirr olaraq qalsa da, onun 250 avrodan aşağı olacağı bildirilir. Planşetin 5G bağlantısını dəstəkləyəcəyi də məlumatlar arasındadır.

Çin şirkəti oktyabrın əvvəlində Xiaomi 12T seriyası üçün təqdimat keçirəcəyini bildirsə də, Redmi Pad üçün hələlik buraxılış tarixi məlum deyil. Bununla belə, Redmi markalı ilk planşetin həmin tədbirdə təqdim edilməsi istisna da deyil.

© copyright 2022 | tech.az | info@tech.az