Regionlarda “İdeyadan biznesə” layihəsinin təqdimat və təlimləri davam edir

Bənövşə Kazımova
14 İyun 2022 13:30
63 baxış
Regionlarda “İdeyadan biznesə” layihəsinin təqdimat və təlimləri davam edir

“Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “SUP VC” akselerasiya proqramının dəstəyi ilə həyata keçirilən “İdeyadan biznesə” (I2B) layihəsinin regionlarda təqdimat və təlimləri davam edir.

Belə ki, 6-7 iyun tarixlərində Mingəçevir, Gəncə, Şirvan şəhərlərində və Şəki rayonunda http://www.i2b.az saytında qeydiyyatdan keçmiş şəxslər üçün təqdimat və təlimlər təşkil olunub.

Növbəti mərhələdə iştirakçılara informativ sessiyalar, müxtəlif mövzuları əhatə edən təlimlər keçiriləcək, startaplar üçün biznes treninqlər keçirilməklə yanaşı, innovativ və sahibkarlıq bilikləri tədris prosesləri də təşkil olunacaq.  Sonda isə ən uğurlu 12 startap müstəqil investorlar qarşısında təqdimatlarını edəcək və qalib startaplara ideyalarının həyata keçirilməsi üçün investorlar və I2B təşkilat komitəsi tərəfindən maliyyə dəstəyi göstəriləcək.

Məlumat üçün onu da bildirək ki, regionlarda icra edilən bu layihə startap ekosisteminin inkişafı, eləcə də gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, regionlarda innovasiya və texnologiyaların təşviqinin genişləndirilməsi məqsədi daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az