Rəqəmsal sağlamlıq startapı Soda Health 25 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
14 Sentyabr 2022 15:14
78 baxış
Rəqəmsal sağlamlıq startapı Soda Health 25 milyon dollar investisiya alıb

Rəqəmsal sağlamlıq startapı Soda Health 25 milyon dollarlıq investisiya əldə edib. İnvestisiya turu Lightspeed Venture Partners, Define Ventures və Qiming Ventures-in iştirakı ilə baş tutub.

Robbi Nayt tərəfindən qurulan startap hər kəsə bərabər keyfiyyətli tibbi xidmət göstərməyi hədəfləyir. Şirkət ABŞ səhiyyə sistemində sosial determinant kimi mövqe tutur.

Onu da əlavə edək ki, Soda Health Medicare Advantage və Medicaid sağlamlıq sığortasını, fərdlərin sağlamlıq vəziyyətinə və ehtiyaclarına uyğun olaraq fiziki terapiya, stomatoloji və digər fərdi sağlamlıq xidmətlərini təklif edir.
 

© copyright 2022 | tech.az | info@tech.az