Rəqəmsal səhiyyə startapı Nutromics 14 milyon dollar sərmayə alıb

Bənövşə Kazımova
12 Sentyabr 2022 14:07
62 baxış
Rəqəmsal səhiyyə startapı Nutromics 14 milyon dollar sərmayə alıb

Rəqəmsal səhiyyə startapı Nutromics 14 milyon dollar investisiya əldə edib. Dexcom Ventures-in rəhbərlik etdiyi intestisiya turunda VU Venture Partners və Artesian Investments şirkətləri iştirak ediblər. Nəzərinizə çatdıraq ki, Avstraliyada yerləşən startap indiyədək 21,2 milyon dollar investisiya alıb. Yeni investisiya ABŞ-a genişlənmək və Ar-Ge fəaliyyətləri üçün istifadə olunacaq.

Nutromics 2017-ci ildə Mehta və Peter Vranes tərəfindən təsis edilib.  Startap DNT sensor texnologiyasından istifadə edərək diaqnoz qoyulmuş xəstəliklərə nəzarət edir və biomarker monitorinq cihazı hazırlayır. Onu da əlavə edək ki, bədən mayelərində olan biomarker müəyyən bir prosesi, vəziyyəti və ya xəstəliyi aşkar edir. 

© copyright 2022 | tech.az | info@tech.az