Robot texnologiyaları üzrə ixtisaslaşan Syrius Robotics startapı 7,4 milyon dollar investisiya alıb

Səbinə Eyvazova
19 İyul 2022 13:30
80 baxış
Robot texnologiyaları üzrə ixtisaslaşan Syrius Robotics startapı 7,4 milyon dollar investisiya alıb

Çin mərkəzli robot texnologiyası startapı Syrius Robotics yeni bir investisiya aldığını açıqlayıb. Syrius Robotics-in verdiyi məlumata görə, B seriyası investisiya turu çərçivəsində startap 7,4 milyon dollar sərmayə əldə edib.

Onu da əlavə edək ki, 2018-ci ildə qurulan və 200 nəfərlik komandası olan Syrius Robotics bu günə qədər cəmi 40 milyon dollar investisiya alıb. Syrius Robotics-in investorları arasında ByteDance, Sequoia Capital China, ZhenFund və FutureCap kimi mühüm adlar var. Çində Jiang Çao, Junbin Liu, Kunlin Yu və Xuan Luo tərəfindən qurulan Syrius Robotics anbarlarda avtonom hərəkət edə bilən mobil robotlar hazırlayır.

Həm aparat, həm də proqram təminatını hazırlayan startap şirkətinin robotları əşyaları qaldıra, eləcə də manevr edə bilir. 3-cü tərəf robotlarının istifadəsi üçün Android əsaslı əməliyyat sistemi də hazırlayan startap robot satışı və proqram dəstəyi vasitəsilə gəlir əldə edir.

© copyright 2022 | tech.az | info@tech.az