Rus IT mütəxəssisləri səfərbərlikdən boyun qaçırırlar

Cəmil Hüseynzadə
23 Sentyabr 2022 15:19
206 baxış
Rus IT mütəxəssisləri səfərbərlikdən boyun qaçırırlar

“Domestic Soft” Proqram Tərtibatçıları Assosiasiyası Rəqəmsal İnkişaf Nazirliyindən İT şirkətlərinin işçiləri üçün səfərbərliyin təxirə salınmasını istəyib.

Məktubda deyilir ki, yüksək ixtisaslı mütəxəssislərin səfərbər edilməsi müdafiə sənayesi müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərəcək və dövlət müdafiə sifarişinin pozulmasına səbəb ola bilər. Rəqəmsal İnkişaf Nazirliyində akkreditə olunmuş İT şirkətlərinin işçilərinə möhlət verilməsi təklif olunur.

Bənzər bir məktub, üç mindən çox insanın daxil olduğu “İT liderləri və mütəxəssisləri icması”nın üzvləri tərəfindən nazirliyə göndərilib. Məktub müəllifləri “hərbi xidmətə çağırış məsələsində” İT şirkətlərini işçilərin möhlət hüququ olan müdafiə sənayesi təşkilatları ilə eyniləşdirməyi xahiş edirlər. Məktubda deyilir: "İT mütəxəssisləri qismən səfərbərlik şəraitində Rusiya hərbi qüvvələrinin sıralarında işləməkdənsə, öz təşkilatlarında işləməyə davam etməklə milli suverenliyin inkişafında daha faydalı ola bilərlər".

Sentyabrın 21-də Rusiyada səfərbərlik elan edilib. Qismən səfərbərlik elan olunsa da, Müdafiə Nazirliyinin açıqlamalarından məlum olur ki, vətəndaşların yalnız bir neçə kateqoriyası səfərbərliyin altına düşmür. Rusiyan Ukrayna münaqişəsi başlayandan sonra Rusiya hökuməti İT şirkətlərinin işçilərinə vergi güzəştləri təklif edib, həmçinin 27 yaşdan kiçik işçilərin hərbi çağırışdan möhlət alacağını bildirib.

 

© copyright 2022 | tech.az | info@tech.az