Rusiyada 47 mindən çox “Lexus” və “Toyota” avtomobili geri çağırılıb

Bənövşə Kazımova
24 Yanvar 2023 15:22
46 baxış
Rusiyada 47 mindən çox “Lexus” və “Toyota” avtomobili geri çağırılıb

“Lexus” və “Toyota” brendlərinin Rusiyadakı istehsalçısının rəsmi nümayəndəsi olan “Toyota Motor” MMC 28 noyabr 2020-ci il tarixindən indiyədək satılan 47 mindən çox avtomobili geri çağırır.

Bu barədə məlumat Rosstandart-ın saytında verilib.

Saytda verilən məlumatda bildirilib ki, ağır qəza zamanı avtomobilin avtomatlaşdırılmış informasiya sistemindən geri çağırışı qəbul edə bilməyəcəyi ehtimalı var. Belə bir vəziyyətdə nəqliyyat vasitəsinin yeri barədə məlumatlar qəzalar zamanı fövqəladə halların aradan qaldırılması üçün avtomatlaşdırılmış məlumat sisteminə yanlış ötürülə bilər.

Şirkət məsələ iləa bağlı açıqlama verib ki, geri çağırılan bütün nəqliyyat vasitələri rabitə modulu üçün yenidən proqramlaşdırılacaq.

© copyright 2022 | tech.az | info@tech.az