Rusiyanın xəritə xidməti 2GIS App Store-dan silinib

Bənövşə Kazımova
26 Sentyabr 2022 13:56
101 baxış
Rusiyanın xəritə xidməti 2GIS App Store-dan silinib

App Store istifadəçiləri şənbə günü 2GIS tətbiqini yükləmək və ya yeniləmək mümkün olmadığını bildiriblər. 2GIS-in mətbuat xidməti problemi təsdiqləyib.

Mətbuat xidmətindən bildirilib ki, 2GIS-in App Store-dan silinməsinə baxmayaraq, quraşdırılmış cihazlarda proqram hələ də işləyir. Şirkət istifadəçilərə proqramı silməməyi, telefonunu dəyişənlərdən isə saytdan istifadə etməyi tövsiyə edib.

2GIS 2000-ci illərdə Novosibirskdə yaradılıb. Qeyd edək ki, ayda milyonlarla istifadəçi bu xidmətdən yararlanır. 2020-ci ildə Sber şirkəti 72%-ni satın alaraq 2GIS-in əsas sahibi olub. Sberbank-ın onlayn proqramı isə hazırda nə App Store, nə də Google Play-də mövcud deyil. 

© copyright 2022 | tech.az | info@tech.az