SaaS idarəetmə platforması Josys 32 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
07 Sentyabr 2022 17:27
61 baxış
SaaS idarəetmə platforması Josys 32 milyon dollar investisiya alıb

Yaponiyada yerləşən SaaS idarəetmə platforması 32 milyon dollar investisiya əldə edib. Global Brain-in rəhbərlik etdiyi investisiya turunda ANRI, Digital Holdings, Yamauchi No 10 və World Innovation Lab şirkətləri iştirak edib.

Korporativ İT əməliyyatlarını asanlaşdıran startap yeni investisiyadan Hindistanda Ar-Ge əməliyyatlarını təkmilləşdirmək və Yaponiyada satış strukturunu gücləndirmək üçün istifadə etməyi hədəfləyir.

Startap hazırda Hindistan, Sinqapur, Avstraliya, Yeni Zelandiya, Böyük Britaniya, Almaniya, Hollandiya, ABŞ və Kanada kimi ölkələrdə fəaliyyətə başlamağı planlaşdırır. Bununla belə, şirkət xüsusilə ingilisdilli ölkələrdə fəaliyyətə başlamazdan əvvəl 2023-cü ildə Sinqapurda fəaliyyətə başlamaq niyyətindədir.

© copyright 2022 | tech.az | info@tech.az