SABAH.lab akselerasiya proqramına müraciət qəbulunu yenidən açıq elan edib

Cəmil Hüseynzadə
20 Avqust 2022 15:03
282 baxış
SABAH.lab akselerasiya proqramına müraciət qəbulunu yenidən açıq elan edib

SABAH.lab hazır startapları inkişaf etdirib investisiyaya hazır hala gətirmək məqsədi daşıyan “Sürət” akselerasiya proqramına müraciət qəbulunu açıq elan edib. Lakin bu dəfə proqramın konseptində bəzi dəyişikliklər edilib. Startaplara daha çox lazımi dəstək göstərib inkişaf etdirmək üçün proqramın müddəti 6 aya qədər uzadılıb və beləliklə doğrulanma (validation) mərhələsi üçün daha çox vaxt verilir. Həmçinin, proqram bitəndən sonra belə startaplara növbəti 1 ay ərzində IE Biznes Məktəbi tərəfindən mentor dəstəyi göstərilməkdə davam edəcək.
Qeyd edək ki, “Sürət” proqramına komandası və MVP-si hazır olan (Sadə MVP-lər qəbul olunandır.) startaplar qəbul edilir. Proqrama qəbulun bir digər şərti də orta səviyyədə İngilis dili biliyinin olmasıdır. Proqrama haqqında daha ətraflı məlumat və müraciət üçün www.sabahlab.edu.az saytına daxil ola bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az