Sahibkarlar startaplarını qiymətləndirmək üçün niyə dataya əsaslanan yanaşmaya ehtiyac duyurlar?

Bənövşə Kazımova
12 Aprel 2022 13:30
909 baxış
Sahibkarlar startaplarını qiymətləndirmək üçün niyə dataya əsaslanan yanaşmaya ehtiyac duyurlar?

Bir şey satmaq istədiyiniz zaman ilk işiniz nə olur? Siz bazarın adətən nəyiödədiyini öyrənirsiniz və sonra müvafiq olaraq araşdırmalarınızı aparırsınız. Onu qeyd edək ki, dəyər nisbidir və bazar qiymətləri sizə tez və ən yüksək qiymətə sata biləcəyinizi təmin edən bir baza yaratmağa kömək edir. Bu, əsrlər boyu bütün növ məhsullar üçün adekvat olduğu halda niyə startaplar üçün çətin olur? Bu gün sahibkarlıq demək olar ki, öz inkişaf dövrünü yaşayır. Birləşmə və satınalmalar (M&A) fəaliyyəti 2021-ci ildə 35,000-dən çox sövdələşmə üzrə 3,6 trilyon dollar təşkil edib və PE firmaları inkişafın davam edəcəyini və daha uzunömürlü olacağına ümid edirlər. Əgər gəlirli, böyüyən startap sahibisinizsə, satmaq və ya “əldə etmək” üçün daha yaxşı vaxt tapa bilməyəcəksiniz. Bunun üçün isə dəyərləndirməyə və onu necə əldə etməyinizə düzgün yanaşmalısınız. Əgər, siz startapınıza emosional bağlısınızsa, ona obyektiv qiymət verməyəcəksiniz. İstədiyiniz qiymətə uyğun məlumatlar olmasa, alıcılar sizinlə əlaqə saxlamayacaqlar. Çenki alıcılar öz gəlirlərini proqnozlaşdırmaq üçün sizin performans göstəricilərinizə ehtiyac duyurlar və sonra onlar real qiymətləndirməyə nail olmaq üçün gəlirinizə və ya mənfəətinizə uyğun addım atırlar. Startapınızın tarixi fəaliyyətini qiymətləndirmək çox rahatdır. Bu barədə çünki siz məlumatlısınız. Ancaq bunu başqalarına ötürmək bir qədər çətindir. Buna görə də siz startapınızla həm bazarın nə ödədiyini və alıcının sizin kimi startaplar üçün nə ödəməyə hazır olduğunu əks etdirməlisiniz. Sizi və alıcını xoşbəxt edən şərtlərlə satınalmanı bağlamaq istəyirsinizsə, performans və bazar məlumatlarından istifadə edərək startapınızı dəyərləndirməlisiniz. Biznesinizi həddindən artıq qiymətləndirsəniz, alıcıları cəlb etməyəcəksiniz. Dəyərini aşağı salsanız, bu da

çox uğurlu alınmayacaq. İstənilən nəticə məyusedici ola bilər. Buna görə də, startap qurduqda və ya qurduqdan sonra fəaliyyətinizdə startapınızı qiymətləndirmək üçün bütün meyarlara diqqət yetirməli, kimə və nəyə yönəldiyini tam araşdırıb bilməli, bazarda nəyi ödəyib ödəməyəcəyi barədə məlumatlı olmalısınız. Bunların hər biri olsa, sizin startapını uğurlu olacaq.

© copyright 2022 | tech.az | info@tech.az