Samsung Cənubi Koreyada çip mərkəzinə 230 milyard dollar sərmayə qoyacaq

Bənövşə Kazımova
15 Mart 2023 16:57
85 baxış
Samsung Cənubi Koreyada çip mərkəzinə 230 milyard dollar sərmayə qoyacaq

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung şirkəti hökumətin dünyanın ən böyük çip istehsalı bazası adlandırdığı fabrikin inkişafı üçün növbəti 20 il ərzində 230 milyard dollar sərmayə qoymağı planlaşdırır. 

Məlumata görə, bu sərmayə şirkətin çip sənayesi kimi strateji sahələrdə uzunmüddətli böyüməsini təmin edəcək.

Sənaye Nazirliyi tərəfindən verilən bəyanatda şirkətin eyni bölgədə 5 yeni çip fabriki quracağı və bu investisiyanın bölgəyə 150-dən çox material, hissə və avadanlıq istehsalçısı, çip istehsalçısı və yarımkeçirici tədqiqat və inkişaf təşkilatını cəlb edəcəyi bildirilir.

© copyright 2022 | tech.az | info@tech.az