Samsung Hindistandakı müştəriləri üçün kredit kartı təqdim edib

Bənövşə Kazımova
26 Sentyabr 2022 17:13
87 baxış
Samsung Hindistandakı müştəriləri üçün kredit kartı təqdim edib

Samsung Hindistandakı müştəriləri üçün unikal xüsusiyyətlər təqdim edən kredit kartı təqdim edib. Şirkət bu istiqamətdə kartın hazırlanması üçün ölkənin ən böyük banklarından biri olan Axis ilə əməkdaşlıq edib. Kartdan hələlik yalnız Hindistandakı müştərilər faydalana biləcək.

Məlumat üçün vurğulayaq ki, Samsung-un kredit kartı bu gün bankların təklif etdiyi kartlarla eyni funksionallığa malikdir. Həmçinin Visa infrastrukturundan istifadə edən kredit kartı müştərilərə bir çox üstünlüklər də verir. Belə ki, kredit kartı istifadəçiləri Samsung markalı məhsul və xidmətlərin alışı zamanı ödədikləri məbləğin 10 faizi kəşbek olaraq karta qayıdacaq.

Digər məhsulların alışında isə xal toplama sistemi mövcuddur. Kartdan nə qədər çox istifadə edilərsə, bir o qədər çox xal toplanacaq və bu xallar sonrakı alışlarda istifadə oluna biləcək. Şirkətin başqa ölkələr üçün də kredit kartı təqdim edib etməməsi bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az