Sensible Care səhiyyə startapı 13 milyon dollar yatırım alıb

Səbinə Eyvazova
07 İyul 2022 13:30
54 baxış
Sensible Care səhiyyə startapı 13 milyon dollar yatırım alıb

Onlayn terapiya xidməti təqdim edən Sensible Care startapı 13 milyon dollar yatırım alıb. Yeni 13 milyon dollarlıq investisiya turuna Volition Capital rəhbərlik edib.  Startapın yeni investisiyanı xidmət sahəsini genişləndirmək üçün istifadə edəcəyi bildirilir.

2017-ci ildə qurulan ABŞ-da yerləşən startap virtual terapiya və psixiatriya xidmətləri təqdim edir və diqqətini ən çox uşaqlara və cütlüklərə yönəldir.

Məlumatlara görə, startap gələcəkdə xidmət sahəsini Texas, Florida və Virciniya kimi ştatlara genişləndirməyi planlaşdırır. Bundan əlavə, Sensible Care bu ştatlarda yaşayan əsgər və veteranlara çatmağı hədəfləyir. Startapın həm təsisçisi, həm də baş direktoru olan Pol Kim verdiyi açıqlamada bildirib ki, Sensible Care onlayn terapiyanı hər kəs üçün əlçatan etmək məqsədi daşıyır.

© copyright 2022 | tech.az | info@tech.az