Sərxoş halda avtomobil idarəsinin qarşısını almaq üçün yeni texnologiya tətbiq edilib

Səbinə Eyvazova
23 Sentyabr 2022 17:04
18 baxış
Sərxoş halda avtomobil idarəsinin qarşısını almaq üçün yeni texnologiya tətbiq edilib

Yol-nəqliyyat hadisələri nəticəsində ölümləri azaltmaq məqsədi ilə ABŞ sərxoş vəziyyətdə avtomobil idarə etmənin qarşısını alan yeni texnologiya tətbiq edib. Tezliklə bu texnologiyadan daha çox avtomobilin yararlanacağı gözlənilir.

Nəqliyyat vasitəsinin içindəki sağlamlıq monitoru sensorları sürücünün sərxoş olub-olmadığını müəyyən edə biləcək. Əgər sürücü sərxoşdursa, avtomobil işə düşməyəcək.

Sözügedən sensorlar həm sürücünün nəfəsindən, həm də toxunduğu yerlərdəki dərialtı sensorlardan qanda spirtin miqdarını təyin edə bilir.

© copyright 2022 | tech.az | info@tech.az