Snapchat masaüstü versiyasını ödənişsiz edib

Bənövşə Kazımova
16 Sentyabr 2022 16:46
117 baxış
Snapchat masaüstü versiyasını ödənişsiz edib

Snap-ın ödənişli təklif edəcəyini açıqladığı Snapchat Web bütün dünyada istifadəçilər üçün ödənişsiz olub.

WhatsApp Web kimi Snapchat-ın masaüstü versiyasında da müxtəlif imkanlar var. İstifadəçilər Snapchat-ın veb versiyasında mesajlar və snapşotlar göndərə, həmçinin video və müntəzəm zənglər edə bilərlər. Snapchat həmçinin istifadəçilərə söhbət reaksiyaları da daxil olmaqla, mobil cihazlarda mövcud olan mesajlaşma funksiyalarına giriş imkanı da verir.

Ötən aylarda istifadəyə verilən Snapchat Web ilkin olaraq yalnız ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyada ödənişli Snapchat+ abunəçiləri üçün əlçatan idi. Amma indi bu versiya bütün dünyadakı istifadəçilər üçün ödənişsizdir. Yeni funksiyadan yararlanmaq üçün web.snapchat.com-a daxil ola bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az