Sony yeni Playstation 5 modelinin təqdimatına hazılaşır

Bənövşə Kazımova
21 Sentyabr 2022 14:49
69 baxış
Sony yeni Playstation 5 modelinin təqdimatına hazılaşır

Sony yeni PS5 modelini təqdim etməyə hazırlaşır. Güman edilir ki, şirkət 2024-cü ilin sentyabrında yeni PlayStation 5 modelini təqdim edəcək.

Bir çox oyunçular Playstation 5 və Xbox Series X-in Pro versiyalarını gözləsə də, yeni PS5 Pro modeli olmayacaq. İddialara görə, yeni PS5 standart modellə eyni aparat xüsusiyyətlərinə sahib olacaq, lakin xarici disk sürücüsü ilə birlikdə gələcək.

Təqdim olunacaq modelin qiymətinin necə olacağı isə bəlli deyil. Şirkət diqqətini daha ucuz rəqəmsal PS5 modelinin istehsalına yönəldəcəyi təxmin edilir.

© copyright 2022 | tech.az | info@tech.az