“Startap” şəhadətnaməsi nədir?

Bənövşə Kazımova
27 Oktyabr 2022 12:22
674 baxış
“Startap” şəhadətnaməsi nədir?

1. “Startap” şəhadətnaməsi nə üçün təqdim edilir?

“Startap” şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanan, gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan və digər məhsullarla eyni olmayan məhsul istehsalı üçün verilir. “Startap” şəhadətnaməsini alan sahibkarlıq subyektləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları müddətdən fəaliyyətləri dövründə əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

2. Bu şəhadətnaməni hansı qurum verir?

Şəhadətnamə Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”-na əsasən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən verilir. “Startap” şəhadətnaməsini əldə etmək üçün KOBİA-ya elektron formada və ya yazılı şəkildə müraciət mümkündür. Bu müraciətə 30 gün ərzində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Şuranın rəyinə uygun olaraü agentlik şəhadətnamənin verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.

3. Şəhadətnaməni almaq istəyən şəxslərə dair şərtlər

Şəhadətnamə əldə etmək üçün müraciət edən şəxslər mikro və ya kiçik sahibkarlıq subyekti olmalı, hüquqi şəxsdə payı 49 faizdən çox olmamalı və rezident vergi ödəyicisi olmalıdır.

4. Ərizəçilərin təqdim edəcəyi xidmətə dair şərtlər

Ərizəçinin məhsulu (xidmət) gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunmalı, innovativ və rəqabətqabiliyyətli olmalı, həmçinin digər startap məhsulları (xidməti) ilə eynilik təşkil etməməlidir.

© copyright 2022 | tech.az | info@tech.az