1. Təşəbbüskar olmaq
Əgər startapda olmaq istəyirsinizsə, nəyisə ələ almaqdan, idarə etməkdən çəkinməmək lazımdır. Əgər həll edə biləcəyiniz bir problem və ya üzərinə götürə biləcəyiniz bir məsuliyyətiniz varsa, bu, sizin üçün əla fürsət ola bilər. Sizin səy və fədakarlığınız mütləq nəzərə çarpacaqdır.
2. Ayıq olmaq
Əgər startapda işləmək niyyətindəsinizsə, hər şeyə diqqət yetirməlisiniz. Amma bunu ehtiyatlılıq kimi başa düşmək lazımdır. Startaplarda resurslar demək olar ki, həmişə məhdud olur və bu məhdud resurslar arasında problemləri həll etmək və nəyisə hazırlamaq bəzən çox çətin olur. Bu şəraitdə komandanıza fayda vermək istəyirsinizsə, ayıq olmalı və gördüyünüz işdə lazım olan hər şeyi nəzərdən keçirməlisiniz. Təbii ki, bu o demək deyil ki, hər kəsin işinə qarışmalısınız, amma üzərinizdə öhdəliklər varsa, hər zaman diqqətli olmalısınız.
3. Stresslə mübarizə
Startaplar dinamik strukturlardır. Məhdud resurslar həmişə problemlər yaradır və zaman da onlardan biridir. Bəzən məhsulunuzu bazara çıxarmağa çalışırsınız, bəzən tətbiqinizin və ya veb saytınızın verilənlər bazası çökür, bəzən də investorunuza təqdimat etməlı olursunuz. Bütün bunlar işin bir hissəsidir, həm də əyləncənin bir hissəsidir. İnsanlar nə qədər çox çalışırlarsa, bir o qədər xoşbəxt olur və uğur qazanırlar. Ancaq bu qədər işin içində özünüzü itirməməli və vəziyyətləri ən yaxşı şəkildə idarə etməlisiniz. Əgər onları ödəyə bilmirsinizsə, startap sizin üçün doğru yer olmaya bilər.
4. 10x sürətli olmaq
Heç vaxt avtomatlaşdıra biləcəyiniz bir şeyi əl ilə etməyin. Təbii ki, bu, kreativ məzmun hazırlayanlara (rəssamlar, heykəltəraşlar və s.) aid deyil. Bir işi avtomatlaşdırmaq işinizi 10 dəfə sürətləndirə bilərsə, onu avtomatlaşdırmaq üçün vaxt ayırmaq və işinizi avtomatik yerinə yetirmək lazımdır. İşinizi asanlaşdıracaq üsulları sınamaqdan çəkinməyin. Əgər düzgün metodu tapa bilsəniz, işinizi daha səmərəli etmiş olacaqsınız.
5. Həvəsli olmaq
Bu, əslində sizin üçün istedad və ya bacarıq kimi görünməyə bilər, amma belədir. Bir çox müəssisələrdə həvəsin və ya həyəcanın dəyəri əhəmiyyətsiz sayılır, amma bu startapda belə deyil. Çünki komanda üzvünün daha keyfiyyətli bir işə həvəs göstərməsi və ya işinə olan həvəsinə görə komanda yoldaşına gülümsəməsi böyük motivasiya mənbəyidir. İnsanın “yanacağı” motivasiyadır.
Unutmayın, təbəssüm komanda yoldaşını, komanda yoldaşı startapı, startap isə dünyanı dəyişə bilər!