1. “The Lean Startup” - Erik Rays
Bu kitab minimal resurs xərcləri ilə bir startapın necə qurulmasından bəhs edir. “The Lean Startup”ı oxumaqla, yeni biznes qurmağın, onu qorumağın və inkişaf etdirməyin sadə yollarını, eləcə də bu prosesdə qarşılaşacağınız problemləri öyrənəcəksiniz.
2. “Screw it, let’s do it” - Riçard Brenson
Bu kitabda çox uğurlu bir biznesmen istənilən hər kəsə kredit verir. Baş qəhrəman, Şotland mənşəli Britaniya iş adamı, 400-dən artıq müəssisəni birləşdirən “Virgin” şirkətlər qrupunun sahibi Riçard Brensonun fikrinə görə uğurlu biznesin əsas amilləri risk və hərəkətdir. Kitab inanılmaz dərəcədə optimistikdir və bu kitab qeyri-ənəvəvi şəkildə düşünənlər üçün «stol üstü» kitaba çevriləcək. Kitab Brensonun öz fəaliyyətini, ona uğurlar qazandırmış prinsipləri, həyatdan aldığı dərsləri səmimi bir dillə izah edir.
3. “Think Big and Kick Ass: In Business and in Life” - Donald Tramp
Donald Trampın 2007-ci ildə Bill Zankerlə birgə yazdığı kitabın əsas ideyası uğurlu insanın diqqətini yalnız böyük məqsədlərin cəlb edilməsindədir. Böyük məqsədə nail olmaq üçün fəal şəkildə çalışmaq lazımdır. Bütün biznes kitabları kimi bu kitab da müasir biznes aləmində mövcud olan əfsanələri və illuziyaları dağıdır və həmçinin istənilən problemin həllinə yaradıcılıqla yanaşmağı öyrədir.
4. "Practice What You Preach" - Devid Mayster
Amerikalı yazıçı Maysterin 2006-cı ildə işıq üzü görmüş kitabı oxuculara gəlirli biznes strukturunu və biznesin idarəetmə prinsiplərini necə qurmağı öyrədir. Bu kitab eyni anda həm faydalı, həm maraqlıdır, həmçinin fəaliyyətə yeni başlayan sahibkarlar və digər iş adamları üçün əla bir vəsaitdir.
5. “Rework” - Ceyson Frayd
Ceyson Frayd uğurlu iş adamı və 37 Signals layihəsinin təsisçisidir. Bu layihə hal-hazırda Web proqramların inkişafı və reallaşdırılması sahəsində bütün rekordları qırır. «Rework» kitabı həm yaxşı praktiki məsləhətlər verir, həm də biznes haqqında ənənəvi fikirləri dağıdır. Uğura necə nail olmaq olar? Fraydın fikrinə görə, uğura nail olmaq üçün azadlıq əldə etmək lazımdır.