StartupCentrum Bakıda "Find Your Co-Founder" adlı tədbir keçirəcək

Bənövşə Kazımova
24 Avqust 2022 11:04
159 baxış
StartupCentrum Bakıda "Find Your Co-Founder" adlı tədbir keçirəcək

Türkiyə ekosisteminin məşhur startup və netvörkinq tədbiri 31 Avqust tarixində ilk dəfə olaraq Bakıda keçiriləcək.

Startapınız üçün komanda yoldaşı axtarırsınızsa və ya startap ekosistemində netvörkinq qurmaq, startap ekosisteminin bir hissəsi olmaq istəyirsinizsə, mentor və ya investor kimi startapları araşdırmaq istəyirsinizsə, “Find Your Co-Founder”-in Bakıda ilk dəfə keçiriləcək tədbirində iştirak edə bilərsiniz.  Tədbir ASAN 7 Xidmət Mərkəzində yerləşən Innoland inkubasiya və akselarasiya mərkəzində keçirələcək.

“Find Your Co-Founder” tədbiri yuxarıda qeyd edilən tarixdə baş tutacaq və saat 18:30-dan 21:30-a qədər davam edəcək. Qeydiyyatdan keçmək istəyən şəxslər bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

© copyright 2022 | tech.az | info@tech.az