Stiv Cobsa məxsus Apple 1 prototipi hərracda rekord qiymətə satılıb

Bənövşə Kazımova
22 Avqust 2022 13:08
183 baxış
Stiv Cobsa məxsus Apple 1 prototipi hərracda rekord qiymətə satılıb

Apple-ın 1970-ci illərə aid ilk kompüter prototipi hərracda rekord qiymətə satılıb. Apple 1 prototipinin Stiv Cobs-a məxsus olduğu və Stiv Voznyak tərəfindən hazırlandığı bildirilir.

Ən azı 500 min dollara satılması gözlənilən prototipi adının çəkilməsini istəməyən kolleksiyaçı 677 min dollara satın alıb. Məlumatlara görə, cəmi 200-ə yaxın Apple-1 kompüteri istehsal olunub. İlkin qiyməti 666 dollar olan cihazlar o vaxtdan hərraca çıxarılaraq böyük məbləğlərə satılıb. Amma RR Auction vasitəsilə satılan model isə çox özəldir.

Bu prototip Stiv Cobs-un 1976-cı ildə demo kimi istifadə etdiyi prototipdir. Onu da qeyd edək ki, birinci nəsil iPhone da eyni auksionda möhürlənmiş qutuda 35 000 dollara satılıb.

© copyright 2022 | tech.az | info@tech.az