SUP.VC şirkəti “Korporativ innovasiya üzrə köməkçi” vəzifəsi üzrə vakansiya elan edir!

Bənövşə Kazımova
25 Yanvar 2023 13:07
52 baxış
SUP.VC şirkəti “Korporativ innovasiya üzrə köməkçi” vəzifəsi üzrə vakansiya elan edir!

İş barədə məlumat:
 
1. Brendin tanınması və icmanın cəlb olunması üçün korporativ və ictimaiyyətlə əlaqə strategiyalarının hazırlanması və icra olunması
 
2. İcma ilə əlaqəni gücləndirmək və əlaqələr qurmaq üçün həm onlayn, həm də oflayn korporativ tədbirlərin təşkil edilməsi və idarə edilməsi
 
3. İcmanın müsbət və mənfi rəylərini vaxtında və peşəkar şəkildə izlənməsi və onlara cavab verilməsi
 
4. Sualları cavablandırmaqla, məlumat və resursları təqdim etməklə icma üzvlərinə dəstək verilməsi
 
5. Müsbət icma mədəniyyətinin inkişafına və yarana biləcək hər hansı probemin həllinə kömək göstərilməsi
 
 
 
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
 
• Vəzifə üçün tam ştatlı işləyə bilən universitet məzunu.

• Təcrübə tələb olunmur.
 
• Azərbaycan və ingilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları
 
• Startap və innovasiya anlayışlarından məlumatlı olmaq
 
• Vaxtın idarə edilməsi və təşkilatçılıq bacarıqları

 


Necə müraciət etmək olar:
 
Maraqlanan namizədlərdən CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

© copyright 2022 | tech.az | info@tech.az