Swiftly Systems startapı 100 milyon dollar investisiya alıb

Bənövşə Kazımova
20 Sentyabr 2022 13:21
53 baxış
Swiftly Systems startapı 100 milyon dollar investisiya alıb

Seattle mərkəzli startap - Swiftly Systems yeni investisiya aldığını açıqlayıb. Startap BRV Capital Management-in rəhbərlik etdiyi investisiya turunda 100 milyon dollar sərmayə alıb və aldığı yeni investisiya ilə dəyərini 1 milyard dollara çatdırıb.

2018-ci ildə ABŞ-da Daniel Kim, Henri Kim, Karen Ho və Sean Turner tərəfindən qurulan startap pərakəndə satışçılara təqdim etdiyi həllərlə mobil proqramlarını və vebsaytlarını təkmilləşdirməyə kömək edir. Həlləri ilə pərakəndə satış şirkətlərinin müştərilərinə daha yaxşı təcrübə təqdim edən Swiftly Systems müştərilərinin mobil proqramlarında və vebsaytlarında göstərdiyi reklamlardan gəlir əldə edir.  22 mindən çox aktiv müştərisi olan startapın əksər müştəriləri ərzaq mağazaları və apteklərdir. Onu da vurğulayaq ki,  yeni investisiya startapın sürətli böyüməsi və yeni bazarlara açılması üçün istifadə olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az